...

AMEA–nın rəyasət heyəti üzvləri bu gün Naxçıvana gəlib

Cəmiyyət Materials 21 Fevral 2009 01:02 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 21 fevral / Trend , müxbir E.Məmmədov / Bu gün AMEA-nın rəyasət heyətinin üzvləri Naxçıvana gəlib. Bu barədə AMEA Naçıvan bölməsindən məlumat veriblər.

Məlumata görə səfərdə məqsəd AMEA Naçıvan bölməsinin 2008-ci il elmi yekunlarının hesabatının dinlənilməsidir. Qeyd edək ki, indiyədək bölmənin illik hesabatı Bakı şəhərində dinlənilirdi. 

Məlumatda o da bildirilir ki, səfər heyətinə AMEA-nın prezidenti akademik Mahmud Kərimov rəhbərlik edir.

Rəyasət heyətinin üzvləri bu gün səhər saatlarında Naxçıvan bölməsinin Elmi-tədqiqat İnstitutları ilə, həmçinin elmi işçilərin iş şəraiti ilə tanış olacaqlar. Bundan sonra isə Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəyirmi zalında hesabat tədbiri keçiriləcək. Tədbirdə AMEA-nın Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin bölmənin 2008-ci ilin elmi yekunlarına dair hesabatı dinləniləcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəyasət heyəti üzvlərini qəbul edəcəyi də gözlənilir.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Heydər Əliyevin 7 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Bu gün Bölmənin tərkibində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsadxanası, "Tusi" nəşriyyatı, Elmi Kitabxana və Dissertasiya Şurası fəaliyyət göstərir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti