...

Azərbaycanda Novruz Bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq

Cəmiyyət Materials 27 Fevral 2009 17:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir C.Babayeva / Azərbaycanda Novruz Bayramı ilə əlaqədar səkkiz gün qeyri-iş günü olacaq.

Azərbaycan Nazirlər Kabinetinin cümə günü qəbul etdiyi "İş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında" qərarına əsasən martın 27-si qeyri-iş günü elan olunub.

Nazirlər Kabineti iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 29 mart istirahət günü ilə 27 mart iş gününün yerini dəyişdirib. Qərar imzalandığı gündən qüvvəyə minir, - Trend -un məlumatına görə, cümə günü Nazirlər Kabinetinin yaydığı məlumatda bildirilib. 

Azərbaycanda 20-21 mart Novruz Bayramı ilə əlaqədər 22, 23, 24, 25 və 26 mart qeyri-iş günləri elan edilib. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti