...

Beynəlxalq Olimpiadanın prezidenti Bakıda gənclər elmi yarışmasının təşkilindən məmnundur

Cəmiyyət Materials 3 Aprel 2009 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir N.Abdullayeva /

Bakıda yaxşı və inkişaf etmiş gənclər var və VI Beynəlxalq gənclər elmi olimpiadasının Bakıda keçirilməsi Azərbaycanın inkişafında böyük rol oynamalıdır. Bu barədə Olimpiadanın prezidenti Masno Qintinq bildirib.

Beynəlxaq elmi olimpiada Heydər Əliyev Fondu, Azərbaycan Gənclər və İdman Nazirliyi, Türkiyənin "Çaq Oyretim İşletmeleri" Təhsil İdarəsinin Bakı filialının dəstəyi ilə dekabrın 2-11-də Bakıda keçiriləcək. Yarışmada dünyanın 50 ölkəsindən 15 yaşlı yeniyetmələr iştirak edəcəklər.

Olimpiadaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədrlik edəcək.

"Mən əminəm ki, olimpiada başa çatdıqdan sonra Afrikadan Amerikayadək bütün beş qitədə Azərbaycanı tanıyacaqlar", - deyə Qinçinq bildirib.

Birinci və ikinci olimpiadalar İndoneziyada, üçüncü olimpiada Braziliyada, dördüncü və beşinci bilik yarışmaları isə müvafiq olaraq Tayvan və Cənubi Koreyada keçirilib.

Yarış həm komandalar, həm də fərdi iştirakçılar arasında keçiriləcək. Olimpiadanın sualları üç fənn - biologiya, kimya və fizika üzrə tərtib olunacaq.

Xəbər lenti

Xəbər lenti