...

Azərbaycan Diplomatiya Akademiyası magistraturaya tələbə qəbulu elan edib

Cəmiyyət Materials 13 Aprel 2009 14:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Diplomatiya Akademiyası (АDА) "Beynəlxalq münasibətlər" və "Diplomatiya" ixtisasları üzrə 2009/2010-cu tədris ili üçün magistraturaya tələbə qəbulu elan edib.

İmtahanlarda ixtisasından asılı olmayaraq istənilən ali təhsilli şəxslər iştirak edə bilər. Tədris ingilis dilində aparılacaq. İxtisas seçiminə məhdudiyyət qoyulması nəzərdə tutulmayıb. Tələb olunan sənədlərin siyahısını ADA-nın saytından almaq olar (www.ada.edu.az).

ADA-nın magistraturasında təhsil almaq istəyən namizədlər Azərbaycan TQDK-nın keçirdiyi qəbul imtahanlarını keçməlidirlər. Ərizələr aprelin 30-na qədər qəbul edilir.

ADA 2006-cı il martın 6-da Azərbaycan prezidentinin sərəncamı ilə yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti