...

Azərbaycanda sonuncu Amnistiya Aktı ilə indiyədək 1085 məhkum azadlığa buraxılıb

Cəmiyyət Materials 14 Aprel 2009 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ilə əlaqədar qəbul olunmuş Amnistiya Aktı ilə indiyədək 1085 məhkum azadlığa buraxılıb.

Bu barədə çərşənbə axşamı Trend -a Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin (PX) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Trend -un arayışı:  Milli Məclis martın 17-də Mehriban Əliyeva tərəfindən təqdim edilən "Novruz bayramı ilə əlaqədar amnistiyanın elan olunması haqqında" qanun layihəsini qəbul edib.

İlkin məlumata görə, Amnistiya Aktı 9 min məhbusa tətbiq olunacaq, 1700 məhbus azadlığa buraxılacaq.

PX tərəfindən icrası həyata keçirilən 3 cəza növü üzrə amnistiya tətbiq olunacaq məhkumların dəqiq sayı aktın icrasının yekununda məlum olacaq.

İdarədən bildirilib ki, azadlığa buraxılanların 459 nəfəri cəzaçəkmə müəssisələrinin, 300-ü məntəqə tipli cəzaçəkmə müəssisələrinin, 326-sı isə xüsusi müəssisələrin payına düşür.

Trend -un arayışı:  1995-ci ildən indiyə qədər 8 Amnistiya Aktı qəbul olunub və bu, 80 minə yaxın məhkuma şamil olunub. Onlardan 39 mindən artıq məhkum azadlığa buraxılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti