...

Azərbaycanın cüdo üzrə yığma komandası Berlində 12 idmançı ilə iştirak edəcək

Cəmiyyət Materials 7 May 2009 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın cüdo üzrə yığma komandası mayın 9-10-da Berlində keçiriləcək Almaniyanın Açıq Çempionatında 10 çəki dərəcəsində 12 idmançı ilə iştirak edəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən cümə axşamı Trend -a bildiriblər ki, yarışda Azərbaycanı Mirzəzadə Xəyal (46 kq), Şükürov Pərviz (50 kq), Nəbiyev Cavad (50 kq), Bağırov Kamran (55 kq), Qatayev Ceyhun (55 kq), Cəfərli Mahir (60 kq), Şahbanov Emin (66 kq), Fərruxzadə Ruslan (73 kq), Fətəliyev Andrey (90 kq), Qurbanlı Ayişə (48 kq), Muradzadə Şəfəq (52 kq), Hüseynova Xanım (63 kq) təmsil edəcək.

Bu yarış Sinqapur Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır. Mayın 11-14-də isə cüdoçularımız Berlin şəhərində təlim məşq toplantılarına qatılacaqlar. 

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti