...

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin işlə təmin olunması üzrə layihə hazırlanır – nazir

Cəmiyyət Materials 19 May 2009 16:29 (UTC +04:00)
Xaricdə təhsil alan azərbaycanlı tələbələrin işlə təmin olunması üzrə layihə hazırlanır – nazir

Azərbaycan, Bakı, 19 may / Trend , müxbir C.Babayeva /

Xaricdə təhsil alan azərbaycanlı tələbələrin işlə təmin olunması üzrə proqram layihəsinin hazırlanması üzərində iş gedir. Bu barədə çərşənbə axşamı jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.

"Layihənin əsas məqsədi xaricdə təhsil alan gənclərin təhsilini başa vurandan sonra vətəndə işlə təmin olunmasıdır", - deyə Mərdanov bildirib.

Nazirin sözlərinə görə, layihənin hazırlanması ilə bağlı müzakirələrdə İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Maliyyə nazirlikləri, Prezident yanında Dövlət Qulluğu Məsələləri Komissiyasının və digər dövlət qurumlarının nümayəndələri iştirak edir.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı"na əsasən dünyanın 17 ölkəsinin 81 nüfuzlu ali məktəbində 186 Azərbaycan gənci təhsilini davam etdirir.

Onların təhsili üçün dövlət tərəfindən indiyədək 3,5 milyon manat vəsait xərclənib.

Nazir bildirib ki, artıq bu proqram üzrə 7 gənc magistratura təhsilini başa vurub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti