...

Azərbaycanda qəbul imtahanları üzrə ikinci tur elan olunub

Cəmiyyət Materials 7 Avqust 2009 13:06 (UTC +04:00)
Azərbaycanda qəbul imtahanları üzrə ikinci tur elan olunub

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) cümə günü qəbul imtahanları üzrə ikinci turun başlanması barədə elan edib.

"Boş yerlərə ixtisasların seçilməsi avqustun 7-dən 11-dək davam edəcək. Boş yerlərin siyahısı "Abituriyent" jurnalının yeddinci sayında dərc olunacaq", - cümə günü jurnalistlərə TQDK-nin sədri Məleykə Abbaszadə bildirib.

Ali məktəblərdə boş yerlərin sayı 1554 yer təşkil edir. "Birinci qrup üzrə boş qalan ixtisasların sayı 993, ikinci qrup üzrə 914, üçüncü qrup üzrə 2073 və dördüncü qrup üzrə isə 1201 yer təşkil edir", - TQDK-nin sədri bildirib.  

2009-2010-cu illərdə Azərbaycanın ali məktəblərinə qəbul planı 94,65 faiz səviyyəsində icra olunub. 29030 yerə 27476 abituriyent qəbul olub.  

"Qəbul imtahanlarının iknci mərhələsində iştirak etmək istəyən abituriyentlər 12 ixtisas kodu seçə bilər", - Abbbaszadə bildirib. "Abituriyentlər eyni zamanda orta ixtisas məktəbləri üzrə ixtisaslar da seçə bilərlər. Orta ixtisas məktəblərindəki ixtisasların siyahısı "Abituriyent" jurnalının beşinci sayında dərc olunub", - o əlavə edib.

Abbaszadə bildirib ki, qəbul imtahanlarının ikinci turunun nəticələri avqustun 13-də elan olunacaq. "İkinci turun keçid balları azaldılmayacaq", - o bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti