...

Azərbaycanda cinayət törədən müəllimin məhkəməsi başlayıb

Cəmiyyət Materials 28 Avqust 2009 17:48 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şirvan şəhər sakini, 46 yaşlı Şahin Məmi oğlu Fətullayev elan olunduğu ittiham üzrə ifadə verib.
Azərbaycanda cinayət törədən müəllimin məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir H.Bağırov /

Azərbaycanın Şirvan şəhərindəki orta məktəbin müəlliminin məhkəməsi başlayıb.

Trend -un məlumatına görə, cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Şirvan şəhər sakini, 46 yaşlı Şahin Məmi oğlu Fətullayev elan olunduğu ittiham üzrə ifadə verib.

Ötən il sentyabrın 9-da Şirvan şəhər 21 saylı orta məktəbin binasında idman müəllimi Şahin Fətullayev aralarında yaranmış münaqişə zəminində 21 saylı orta məktəbin müəlliməsi Reyhan Vəlixan qızı Dadaşovanın sifətinə kimyəvi turşu töküb. Sifətindən kimyəvi yanıq xəsarətləri alan Dadaşova şəhər xəstəxanasına yerləşdirilib, həkimlərin tibbi yardım almasından sonra onun həyatını xilas etmək mümkün olub.

Fətullayev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Dadaşova ilə aralarında uzun müddət sevgi macərası yaşanıb.

"Həmin gün Reyhanla aramızda mübahisə baş verdi və o dedi ki, daha aramızda heç bir münasibət olmayacaq. Buna görə də əsəbiləşdim və orada olan kimyəvi turşunu onun üzünə tökdüm", - Fətullayev bildirib.

Məhkəmə prosesi sentyabrın 10-da davam etdiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti