...

Azərbaycanın transsərhəd çaylarının çirkləndirilmə səviyyəsi normadan artıqdır

Cəmiyyət Materials 3 Sentyabr 2009 10:32 (UTC +04:00)
Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib, cümə axşamı ETSN-nin yaydığı məlumatda bildirilib.
Azərbaycanın transsərhəd çaylarının çirkləndirilmə səviyyəsi normadan artıqdır

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , müxbir C.Babayeva /

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) transsərhəd çayların çirklənmə səviyyəsini öyrənmək məqsədilə avqustun III ongünlüyü üçün keçirdiyi növbəti monitorinqin nəticələrinə əsasən, Kür və Araz çaylarının Gürcüstan və Ermənistan tərəfindən çirkləndirilməsi səviyyəsi normadan artıqdır.

Kür çayının Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini keçib, cümə axşamı ETSN-nin yaydığı məlumatda bildirilib.

Şıxlı-2 məntəqəsində fenollar 6, mis birləşmələri 7 dəfə yol verilən qatılıq həddini keçib. Ammonium ionu norma daxilində olub. Ağstafaçay məntəqəsində suyun əsas çirkləndiricilərindən fenol və mis birləşmələri 7, Ağstafaçay su anbarında fenollar 6, mis birləşmələri isə 8 dəfə yol verilən qatılıq həddini keçib.

Aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadiz məntəqəsində suyun əsas çirkləndiricilərindən olan mis birləşmələri və fenollar 4, I Şahsevən məntəqəsində mis birləşmələri 4, fenollar 3, Bəhramtəpə məntəqəsində fenollar 2, mis birləşmələri isə 4 dəfə yol verilən qatılıq həddini keçib.

Trend -un arayışı: Transsərhəd su hövzələri problemlərinin beynəlxalq normalar çərçivəsində regional səviyyədə həlli üçün Azərbaycan "Transsərhəd çaylar və göllərin mühafizə və istifadəsi" adlı Helsinki konvensiyasını ratifikasiya edib. Ermənistan və Gürcüstanın bu konvensiyaya qoşulmaması problemi çətinləşdirir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti