Azərbaycanda məscidlərlə bağlı problem yoxdur - Dövlət Komitəsi

Cəmiyyət Materials 3 Sentyabr 2009 12:18 (UTC +04:00)
İsmayılov “Fatmeyi Zəhra” məscidi söküləcəyi təqdirdə dini icma üzvlərinin keçirdiyi etiraz aksiyasında qan töküləcəyi ilə bağlı səslənən fikirləri qeyri-ciddi hesab edir. "İstər başqa məscidlərin, istərsə də "Fatmeyi Zəhra" yarımçıq tikilisi söküləcəyi halda, qan töküləcəyi ilə bağlı səslənən fikirlər qeyri-ciddidir. Bu işlə bağlı məhkəmənin qərarı var. Məhkəmə qərarı müzakirə olunmur, icra olunur", - deyə DQİDK-nın rəsmisi vurğulayıb.
Azərbaycanda məscidlərlə bağlı problem yoxdur - Dövlət Komitəsi

Azərbaycan, Bakı, 03 sentyabr / Trend , muxbir K.Zərbalıyeva /

Azərbaycanda məscidlərlə bağlı heç bir problem yoxdu, yalnız qanunsuz tikili problemi var, cümə axşamı Trend -a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) şöbə müdiri Gündüz İsmayılov bildirib.

İsmayılov "Fatmeyi Zəhra" məscidi söküləcəyi təqdirdə dini icma üzvlərinin keçirdiyi etiraz aksiyasında qan töküləcəyi ilə bağlı səslənən fikirləri qeyri-ciddi hesab edir.

"İstər başqa məscidlərin, istərsə də "Fatmeyi Zəhra" yarımçıq tikilisi söküləcəyi halda, qan töküləcəyi ilə bağlı səslənən fikirlər qeyri-ciddidir. Bu işlə bağlı məhkəmənin qərarı var. Məhkəmə qərarı müzakirə olunmur, icra olunur", - deyə DQİDK-nın rəsmisi vurğulayıb.

Trend -un arayışı: Bir neçə gün öncə 2 saylı yerli İqtisad Məhkəməsi Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında rayon ərazisindəki Yeni Günəşli qəsəbəsi V massivi 33 ünvanında yerləşən "Fatmeyi Zəhra" məscidinin sökülməsi və dini icmanın həmin ərazidən çıxarılması ilə bağlı qətnamə qəbul edib.

"Fatmeyi Zəhra" dini icmasının üzvləri məhkəmə qərarından sonra Bakı Şəhər İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib və aksiyada məscid söküləcəyi halda qan töküləcəyi barədə fikirlər səsləndiriblər.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1996-cı il tarixli sərəncamı ilə Yeni Günəşli qəsəbəsində "Fatmeyi Zəhra" məscidinin tikintisi üçün 1 ha 30 sot torpaq sahəsi ayrılıb. Tikintinin aparılması üçün müvafiq sənədlər isə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanıb.

Lakin Bakı Şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov 2002-ci ilin sonunda həmin torpaq sahəsi uzun müddət istifadə olunmadığına görə, sərəncamın ləğv olunması və torpaq sahəsinin Suraxanı rayon İcra Hakimiyyətinə idman və əyləncə kompleksinin tikintisi üçün ayrılması barədə sərəncam verib.

Son bir ildə Bakıda qanunsuz tikildiyi əsas gətirilərək Məhəmməd Peyğəmbər məscidi, Neft Daşlarındakı məscid sökülüb.

Məqalə müəllifi ilə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti