...

Avropa Suriya ilə yaxınlaşmanı davam etdirmək niyyətindədir

Cəmiyyət Materials 5 Sentyabr 2009 15:21 (UTC +04:00)

Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Benita Ferrero Valdner cümə günü Aİ-nin Suriya ilə münasibətləri yaxınlaşdırmaq və möhkəmləndirmək üçün hazırladığı yeni müqavilə paketi barədə məlumat verib. Bu barədə Röyter agentliyi yayıb.

Valdner Stokholmda Aİ-nin xarici işlər nazirləri ilə görüşdə jurnalistlərə deyib ki, "Suriya ilə münasibətlərin yaxşılaşdırılması Aİ-nin maraqlarındadır".

"Hazırda müqaviləyə yaxınlaşırıq. Daha bir neçə formallıqlar var, onlar üzərində işləyirik. Lakin əminəm ki, yaxın gələcəkdə müqavilə hazır olacaq", - Valdner deyib.

O əlavə edib ki, müqavilə nəinki əməkdaşlığın əsaslarını yaratmağa imkan verəcək, özündə bir sıra öhdəçilikləri də birləşdirəcək.

Valdenr deyib ki, Aİ Suriyanın regionda xarici siyasətini izləməyi davam etdirir, eləcə də insan haqlarına riayət etməyə və Yaxın Şərqdə müsbət rol oynamağa çağırır.

Valdnerin bəyənatı Suriyada insan haqları ilə vəziyyətə Hollandiyanın narahatlığı fonunda səsləndirilib.

Keçən ildən başlayaraq Aİ ilə münasibətlərin yaxşıladırılmasının Dəməşqə beynəlxalq imicini düzltməyə kömək etməsinə, yeni iqtisadi imkanların açılmasına baxmayaraq, bir çox Avropa ölkələri əvvəlki kimi Suriyanı Livanın daxili işlərinə müdaxilə etməkdə və İraqla sərhəddə təhlükəsizliyi pozmaqda ittiham edirlər.

Xəbər lenti

Xəbər lenti