Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir F.Hüseynli /
Azərbaycan gimnastları dünya çempionatının bürünc mükafatçısı olublar.
Çempionatda Aliyə Qarayeva, Anna Qurbanova və Zeynəb Cavadlının daxil olduğu Azərbaycan yığması üçüncü yer tutaraq bürünc mükafatın sahibi olub, bu barədə Trend -a Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib. Çempion Rusiya, gümüş mükafatın sahibi isə Belarus olub.
Bədii gimnastika üzrə dünya çempionatı Yaponiyanın Mie şəhərində keçirilir.