...

İstefa barədə qərar klub prezidenti ilə görüşdən sonra məlum olacaq – "Bakı" futbol klubunun baş məşqçisi

Cəmiyyət Materials 24 Sentyabr 2009 17:41 (UTC +04:00)
Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisinin istefası barədə qərar cümə axşamı klub prezidenti ilə görüşdən sonra məlum olacaq.
İstefa barədə qərar klub prezidenti ilə görüşdən sonra məlum olacaq – "Bakı" futbol klubunun baş məşqçisi

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir F.Hüseynli /

Azərbaycanın "Bakı" futbol klubunun baş məşqçisinin istefası barədə qərar cümə axşamı klub prezidenti ilə görüşdən sonra məlum olacaq.

"İndi istefaya gedib-getməyəcəyimi deyə bilmərəm. Bu gün klub prezidenti ilə danışıqlar planlaşdırılıb. Bundan sonra istefa barədə qərar qəbul edəcəyəm", - cümə axşamı Trend -a "Bakı"nın makedoniyalı baş məşqçisi Gyoko Haciyevski deyib.

Azərbaycan Premyer Liqasının altı turundan sonra (milli yığmasının oyunları ilə əlaqədar olaraq iki turun oyunları təxirə salınıb) "Bakı" komandası dörd xal toplayıb. Ötən mövsüm "Bakı" çempion olmuşdu.

Haciyevskinin sözlərinə görə, istefa barədə müzakirənin səbəbləri komanda ətrafında artıq uzun zamandır mövcud olan pis atmosferlə bağlıdır.

"Qarabağ" və "Xəzər-Lənkəran" klubları da pis nəticə göstərirlər, lakin heç kim onların məşqçilərinin istefası barədə danışmır. Düşünürəm ki, hamı niyə danışmadıqlarını bilir", - baş məşqçi deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti