...

Azərbaycanda təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır

Cəmiyyət Materials 7 Oktyabr 2009 11:59 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.
Azərbaycanda təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın Təhsil Nazirliyi tərəfindən təhsil sistemində elektron tədris resurslarının qiymətləndirilməsi Şurasının yaradılması planlaşdırılır.

İKT informasiya mərkəzinin Trend -a bildirdiyinə görə, Şuranın əsas vəzifələri multimedia xarakterli dərsliklərin və digər tədris vasitələrinin işlədilməsini, yayılmasını, təhsil prosesində tətbiq olunmasını, elektron elmi-metodiki bazanın yaradılmasını, istifadəsini, yayılmasını və qiymətləndirilməsini həyata keçirməkdir.

Şura "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramının" tələblərinə uyğun yaradılır.

Həmçinin elektron tədris resurslarının Azərbaycanın təhsil sistemində geniş istifadə ediləcəyi planlaşdırılır. Milli Təhsil Portalında (Edu.az) yerləşdiriləcək elektron tədris resurslarından Azərbaycan Təhsil Şəbəkəsinə (AZEDUNET) qoşulmuş bütün məktəblər istifadə edə biləcəkdir.

Yaradılan elektron tədris resurslarının qiymətləndirilməsi Azərbaycanın "Təhsil haqqında" qanununun, Azərbaycanın Ümumi Təhsil Konsepsiyasının (Milli Kurikulumunu) və digər müvafiq sənədlərin əsas müddəalarına və tələblərinə uyğun həyata keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti