...

Türk ölkələri üçün vahid dilin yaradılması zaman məsələsidir - TÜRKSOY-un baş direktoru

Cəmiyyət Materials 16 Oktyabr 2009 18:26 (UTC +04:00)
Türk ölkələri üçün vahid dilin yaradılması zaman tələb edir.
Türk ölkələri üçün vahid dilin yaradılması zaman məsələsidir - TÜRKSOY-un baş direktoru

Azərbaycan,Bakı, 16 oktyabr / Trend , müxbir M.Əliyev/

"Türk ölkələri üçün vahid dilin yaradılması zaman tələb edir", - TÜRKSOY-un baş direktoru Düsen Kaseinov cümə günü Trend -a deyib.

"Yaxın zamanlarda müstəqillik əldə etmiş əksər türk dövlətləri hazırda öz dillərinin bərpa edilməsi və inkişafı üzərində işləyirlər. Belə ki, onlardan bəziləri öz dillərini itirməyə başlamışdılar", - Kaseinov deyib.

TÜRKSOY-un başçısının sözlərinə görə, türk ölkələri bir-birlərilə daha çox ünsiyyətdə olsalar, vahid dil məsələsi öz həllini daha tez tapar.

Baş ofisi Ankarada yerləşən TÜRKSOY (Türk Kültür və Sənətləri Ortak Yönətimi) 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etməkdir. Təşkilat eyni zamanda, YUNESKO da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti