...

Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşı məhkəmənin qərarı ilə dəlixanaya göndərilib

Cəmiyyət Materials 26 Noyabr 2009 13:19 (UTC +04:00)
Trend News-un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Fikrət Abbasov barəsindəki cinayət işi dayandırılıb və təqsirləndirilən ruhi əsəb xəstəsi olduğu üçün Respublika 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib.
Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşı məhkəmənin qərarı ilə dəlixanaya göndərilib

Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir H.Bağırov/

Azərbaycanda həkimi öldürməyə cəhddə ittiham olunan Rusiya vətəndaşı məhkəmənin qərarı ilə dəlixanaya göndərilib.

Trend -un məlumatına görə, cümə axşamı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə Fikrət Abbasov barəsindəki cinayət işi dayandırılıb və təqsirləndirilən ruhi əsəb xəstəsi olduğu üçün Respublika 1 saylı Ruhi-Əsəb Dispanserinə göndərilib.

Bu ilin iyulun 7-də Nizami rayonu (Gəncə) Miçurin küçəsində Rusiya Federasiyası vətəndaşı Fikrət Abbasov A.Səhhət adına Xəstəxananın həkimi Ədnan İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomaşına qumbara atıb. Baş vermiş partlayışdan avtomaşına ziyan dəyib, xəsarət almış İsmayılov isə xəstəxanaya yerləşdirilib. İsmayılova ilkin tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.

İstintaq müəyyən edib ki, hadisəyə səbəb həkimin Abbasovun anasını əməliyyat edərkən xəstənin ölməsi olub. Buna görə Abbasov həkimi öldürməyə cəhd edib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürməyə cəhd (29,120.2.11) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti