...

Xocalı soyqırımının tanınması ilə bağlı 30-a yaxın ölkənin paytaxtında aksiyalar keçiriləcək

Cəmiyyət Materials 15 Yanvar 2010 11:59 (UTC +04:00)
Xocalı soyqırımının tanınması ilə bağlı 30-a yaxın ölkənin paytaxtında aksiyalar keçiriləcək
Xocalı soyqırımının tanınması ilə bağlı 30-a yaxın ölkənin paytaxtında aksiyalar keçiriləcək

Azərbaycan, Bakı, 15 yanvar / Trend , müxbir A.Hüseynbala/

Xocalı soyqırımının tanınması ilə bağlı 30-a yaxın ölkənin paytaxtında aksiyalar keçiriləcək.

"Xocalıya Ədalət" (Justice for Khojaly) beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru xanım Leyla Əliyevanın təşəbbüsü ilə elan edilib", - forumun məlumatında bildirilir.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Kampaniya keçən ilin fevral ayında 20-dən artıq ölkənin paytaxtında təşkil edilərək il ərzində uğurla həyata keçirilmişdi. "Fevralın 26-da kampaniyanın 1 il ərzində fəaliyyəti ilə bərabər dünyanın 30-a yaxın ölkəsinin paytaxtında Xocalı soyqırımının tanınmasına yönəlmiş aksiyaların keçirilməsi nəzərdə tutulub. Tədbirlər zamanı kampaniyanın təşəbbüsü ilə hazırlanacaq "Xocalıya Ədalət" rep üslublu mahnının təqdimatı da keçiriləcək", - məlumatda əlavə olunur.

Mahnı ABŞ-ın sosial mövzularda yaradıcılığı ilə tanınmış rep ifaçısı Toni Blakman və Azərbaycanın rep qrupu "Dəyirman" tərəfindən ifa ediləcək. "Toni Blakmanın bildirdiyinə görə, o, keçən ilin noyabr ayında Bakıda kampaniyanın milli koordinatorlarının görüşündə iştirak edib və Azərbaycan xalqına qarşı törədilmiş bu misilsiz ədalətsizlik haqqında məlumatlarla tanış olduqdan sonra Xocalı qətliamı haqqında həqiqətlərin dünya ictimayyətinə çatdırılması istiqamətində fəaliyyət göstərməyə qərar verib. Görüş zamanı Leyla Əliyevanın dəvəti ilə Azərbaycana bir daha səfər etmək və milli ifaçılarla birgə "Xocalıya Ədalət" mövzusunda mahnı yaradaraq bu ülsubla kampaniyaya qoşulmağı qərara alıb", - məlumatda vurğulanır.

Mahnı üzərində ABŞ-ın tanınmış musiqi aranjimançısı, 3 dəfə "Qremmi" mükafatının laureatı Qordon Uilyams işləyir. Fevral ayında mahnının yaradılması planı ilə bağlı TREND Beynəlxal Xəbərlər Şirkətinin konfrans zalında mətbuat konfransı keçiriləcək. Konfransda İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İskəndərov, ABŞ-dan gələn qonaqlar Toni Blakman, Qordon Uilyams və "Dəyirman" qrupunun solisti Miri-Yusif iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti