...

Gürcüstanda 84 Azərbaycan məktəbində gürcü dili kursları açılıb

Cəmiyyət Materials 11 Mart 2010 14:06 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının bu ölkənin cəmiyyətinə inteqrasiyasına dəstək verilməsi məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq, 34 Azərbaycan məktəbində gürcü dili kursunun açılması ilə bağlı texniki-təşkilati məsələlər həll edilib. Hazırda Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 2008-ci ildəki ilə birlikdə 84-də müvafiq kurslar yaradılıb.
Gürcüstanda 84 Azərbaycan məktəbində gürcü dili kursları açılıb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Hüseynbala/

Gürcüstan azərbaycanlılarının bu ölkənin cəmiyyətinə inteqrasiyasına dəstək verilməsi məqsədilə hazırlanan tədbirlər planına uyğun olaraq, 34 Azərbaycan məktəbində gürcü dili kursunun açılması ilə bağlı texniki-təşkilati məsələlər həll edilib. Hazırda Gürcüstanda fəaliyyət göstərən 124 Azərbaycan məktəbinin 2008-ci ildəki ilə birlikdə 84-də müvafiq kurslar yaradılıb. Trend -un məlumatına görə, bu barədə hökumətin Milli Məclisə ötən ilin yekunları ilə bağlı hazırladığı hesabatda məlumat verilib.

"Bundan əlavə, "Region press", Gürcüstan Azərbaycanlılarının Ziyalılar Birliyinin "Ziya" qəzetlərinin, "Meydan" jurnalının nəşrlərinə dəstək verilib, 34 nəfərlik folklor rəqs qrupu üçün milli geyimlərin alınması təmin olunub, "Qeyrət" xalq hərəkatı təşkilatı tərəfindən "XXI əsrin gerçəklikləri və Azərbaycan diasporunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının rolu" mövzusunda elmi-praktik konfransın təşkilinə yardım göstərilib", - hesabatda deyilir.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 minə yaxın azərbaycanlı yaşayır.

Azərbaycanın xarici ölkələrdə 417 diaspor təşkilatı, 98 gənclər, 39 qadın təşkilatı və 68 kütləvi informasiya vasitəsi mövcuddur.

Xəbər lenti

Xəbər lenti