...

Azərbaycan Diplomatik Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri qurub

Cəmiyyət Materials 1 May 2010 12:55 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-29-da Türkiyədə səfərdə olub.
Azərbaycan Diplomatik Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri qurub

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir S.Ağayeva/

Azərbaycan Diplomatik Akademiyası Türkiyə universitetləri ilə əməkdaşlıq əlaqələri qurub.

Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 26-29-da Türkiyədə səfərdə olub.

Türkiyədə aparıcı təhsil müəssisələrinin təcrübəsini öyrənmək məqsədi daşıyan səfərdə Diplomatik Akademiyanın rektoru Hafiz Paşayev ilk görüşünü Orta Doğu Teknik Universitetinin (ODTU) rektoru Profesor Əhməd Açarla keçirib. Daha sonra Paşayev və onu müşayiət edən ADA-nın pedaqoji və inzibati heyəti təhsil müəssisəsində beynəlxalq münasibətlər, sosial elmlər və xarici dillərin tədris üsulları ilə tanış olub. Məlumatı şənbə günü ADA-nın mətbuat xidməti yayıb.

Səfər zamanı ADA-nın rektoru Bilkənt Universitetinin prezidenti professor Əli Doğramacı və rektoru professor Abdulla Atalar ilə də görüşüb. Nümayəndə heyəti Bilkənt universitetinin dərs otaqları, laboratoriyaları, kitabxana, yataqxana və istirahət mərkəzlərində tələbələr üçün yaradılmış şəraitlə tanış olub. Səfərin sonunda xarici işlər nazirinin müavini Hafiz Paşayev Türkiyənin Xarici İşlər Nazirliyində görüş keçirib, Turkiyə Diplomatik Akademiyasının rektoru, səfir Sina Baydur ilə müzakirələr aparıb.

"Türkiyənın aparıcı universitetlərində keçirdiyimiz görüşlər və topladığımız təcrübə Azərbaycan Diplomatik Akademiyasının fəaliyyətinə lazımı töhfəsini verəcək. Biz inanırıq ki, böyük təcrübəsi, minlərlə uğurlu və bacarıqlı tələbəsi olan Orta Doğu Teknik Universiteti və Bilkənt Universiteti ilə əməkdaşlığımız Azərbaycanda beynəlxalq münasibətlər və sosial elmlərin inkişafına xeyirli olacaq və Diplomatik Akademiyada tədrisin mükəməlləşməsinə kömək edəcək", - ADA-nın rektoru Hafiz Paşayev səfərin məqsədi barədə danışıraq bildirib.

Xəbər lenti

Xəbər lenti