...

Azərbaycana külli miqdarda narkotika gətirməkdə ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Cəmiyyət Materials 1 İyun 2010 15:07 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmədə İran vətəndaşı Əsədi Məmməd Hüseyn oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycana külli miqdarda narkotika gətirməkdə ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir H.Bağırov/

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan İran vətəndaşının məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə məhkəmədə İran vətəndaşı Əsədi Məmməd Hüseyn oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı iyunun 10-na təyin edilib.

Əsədi Məhəmməd bu ilin yanvarın 8-də İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Ondan 2,12 kiloqram heroin və 7,8 kiloqram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206), qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3), Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə (318.2) maddələri ilə ittiham edilir.

Xəbər lenti

Xəbər lenti