...

BMT-nin baş katibi Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktub göndərib

Cəmiyyət Materials 4 İyun 2010 18:05 (UTC +04:00)
BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktub göndərib.
BMT-nin baş katibi Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktub göndərib

Аzərbaycan, Bakı, 4 iyun /Trend, müxbir М.Əliyev/

BMT-nin baş katibi Pan Gi Mun Ümumdünya Ətraf Mühit Günü münasibətilə məktub göndərib.

"Bioloji müxtəliflik, yəni Yer kürəsində yararlandığımız inanılmaz dərəcədə geniş çeşiddə canlı növlərin müxtəlifliyi təhlükə altındadır", - məktubda bildirilir. - "Canlı növlərin nəsli indiyə qədər görülməmiş yüksək sürətlə kəsilməkdədir".

"Bu nəsil kəsilmələrin böyük əksəriyyəti isə su ehtiyatlarını çirklənməsi və tükənməsinə, canlıların məskunlaşdığı yerləri məhv edilməsinə və qlobal iqlim dəyişmələrinə səbəb olan insan fəaliyyəti ilə bağlıdır. Qurbağalardan tutmuş qorillalara, nəhəng bitkilərdən tutmuş kiçik həşəratlara qədər minlərlə canlı növlər təhlükə altındadır", - məktubda qeyd olunur.

BMT builki Ümumdünya Ətraf Mühit Gününün mövzusunu müəyyən edib - heyvanlar və bitkilər aləminin kütləvi surətdə qırılması prosesini dayandırmağa və həyati əhəmiyyətli milyonlarla heyvan və bitki haqqında məlumatın artırılmasına çağıran "Çoxsaylı Canlı Növlər. Bir Planet. Bir Gələcək".

"Bizim səhhətimiz, əmin-amanlığımız və davamlı gələcəyimiz bu qarışıq, həssas ekoloji sistemlər və həyat şəbəkəsindən asılıdır", - məktubda bildirilir.

Azərbaycanda 2010-cu il Ekologiya ili elan olunub.

Xəbər lenti

Xəbər lenti