...

Azərbaycanda 425 dini icma yenidən qeydiyyatdan keçib - komitə sədri

Cəmiyyət Materials 7 İyul 2010 13:02 (UTC +04:00)
Azərbaycanda 425 dini icma yenidən qeydiyyatdan keçib.
Azərbaycanda 425 dini icma yenidən qeydiyyatdan keçib - komitə sədri

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir T.Cəfərov/

Azərbaycanda 425 dini icma yenidən qeydiyyatdan keçib, - Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov bildirib.

"Yenidən qeydiyyat başlanmazdan öncə, komitədə 534 dini icmanın qeydiyyatı var idi. Hazırda isə yenidən qeydiyyat üçün 782 icma müraciət edib. Onlarda 748-i islamtəmayüllü, 34-ü qeyri-islam dini icmasıdır. Müraciət edənlərdən 425 icma artıq qeydiyyatdan kecib. Onlardan 408-i islam, 17-si qeyri-islam təmayüllü dini icmadır. Qeyri-islam təmayüllü dini icmaların 9-u xristian, 6-sı yəhudi, 1-i krişna, digər 1-i isə bəhai dini icmasıdır", - Orucov deyib.

Trend-in arayışı: Azərbaycan Parlamenti "Dini etiqad azadlığı haqqında" qanuna əlavə və dəyişikliklər edib.

Əlavələrə görə, Azərbaycan Konstitusiyasının 18-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, insan ləyaqətini alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinlərin yayılması və təbliği qadağan olunur. Digər əlavəyə görə, bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə biləcəklər.

Komitə sədrinin sözlərinə görə, 11 dini icmanı qeydiyyata almaqdan imtina edilib, çünki sənədləri qanunvericiliyə uyğun hazırlanmamışdı.

"İmtina olunan dini icmalar sənədlərini qaydaya salarlarsa, onların işinə yenidən baxılacaq. Qeydiyyatı imtina olunan dini icmalar fəaliyyət göstərə bilməz", - Orucov əlavə edib.

Bu gün 32 dini icmaya qeydiyyat şəhadətnaməsi təqdim edilib.

Xəbər lenti

Xəbər lenti