Azərbaycan, Bakı, 17 avqust /Trend, müxbir T.Hacıyev/
Almaniya-Azərbaycan oyununu isveçli hakimlər idarə edəcəklər. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının mətbuat xidmətindən məlumat veriblər.
Məlumatda bildirilib ki, Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində, sentyabrın 7-də, Bakı vaxtı ilə saat 23:45-də, Köln şəhərindəki "Reyn Enerji stadium"da keçiriləcək Almaniya - Azərbaycan oyununu isveçli referi Markus Stromberqson idarə edəcək.
Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan Belçika, Türkiyə, Qazaxıstan və Avstriya komandaları ilə də görüşlər keçirəcək.