...

Ankarada Azərbaycan gecəsi keçiriləcək

Cəmiyyət Materials 25 Avqust 2010 16:02 (UTC +04:00)
Türkiyənin paytaxtı Ankara şəhərində avqustun 28-də Azərbaycan gecəsi keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Mətbuat xidmətindən məlumat veriblər.
Ankarada Azərbaycan gecəsi keçiriləcək

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir T.Hacıyev/

Türkiyənin paytaxtı Ankara şəhərində avqustun 28-də Azərbaycan gecəsi keçiriləcək. Bu barədə çərşənbə günü Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) Mətbuat xidmətindən məlumat veriblər.

Məlumatda qeyd olunub ki, II Beynəlxalq Ramazan Festivalı çərçivəsində keçiriləcək tədbirin təşkilatçıları Türkiyə-Azərbaycan Dərnəyi və Keçiören Bələdiyyəsidir. Azərbaycan gecəsində Keçiören Bələdiyyəsinin başçısı Mustafa Ak, Azərbaycan Respublikasının Türkiyədəki səfirliyinin nümayəndəsi Rəşad Vahabzadə, Türkiyə-Azərbaycan Dərnəyinin sədri Sinan Oğan, DİDK-nın təmsilçisi Elnar Məmmədov çıxış edəcəklər. Gecənin bədii hissəsinə Azərbaycan milli rəqs nümunələri, müğənni Cavid Təbrizlinin konserti daxildir.

Azərbaycan gecəsinin davamı olaraq avqustun 26-31-də festivalin keçirildiyi məkanda böyük Azərbaycan guşəsi açılacaq. Burada bütün festival iştirakçıları və şəhər sakinləri Azərbaycan haqqında ətraflı məlumatlarla tanış ediləcək, onlara broşürlər, CD-lər və ölkəmizin təbliği ilə bağlı digər əyani vasitələr paylanacaq.

Xəbər lenti

Xəbər lenti