...

Azərbaycanda medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflər paketi hazırlanır - Mətbuat Şurasının sədri

Cəmiyyət Materials 26 Avqust 2010 16:32 (UTC +04:00)
Azərbaycanda medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflər paketi hazırlanır. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin cümə axşamı keçirilən iclasında Şura sədri Əflatun Amaşov deyib.
Azərbaycanda medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflər paketi hazırlanır - Mətbuat Şurasının sədri

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı təkliflər paketi hazırlanır. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının İdarə Heyətinin cümə axşamı keçirilən iclasında Şura sədri Əflatun Amaşov deyib.

Amaşov bildirib ki, medianın iqtisadi bazasının möhkəmləndirilməsi, əsasən də reklam bazarının genişləndirilməsi və inkişafı ətrafında aparılan müzakirələrdə ölkədə bu sahədəki mövcud vəziyyət geniş təhlil edilib, xarici dövlətlərdə mövcud olan modellərə nəzər salınıb.

"Məqsəd ölkədəki müstəqil medianın iqtisadi bazasının möhkəmləndirilməsi ilə bağlı müəyyən zaman kəsiyi üçün təkliflər paketi hazırlamaqdır. Burada həm tarif tənzimləmələri, həm də vergi güzəştləri öz əksini tapmalıdır", - Amaşov deyib.

Şura sədri bildirib ki, artıq xarici təcrübə ilə baglı araşdırmalar var.

"Yerli mütəxəssislərlə də çoxsaylı məsləhətləşmələrimiz olub. Bunlar yaxın günlərdə keçirəcəyimiz "dəyirmi masa"nın iştirakçılarına da çatdırılacaq", - o əlavə edib.

İclasda çıxış edən digər şəxslər reklam bazarının genişləndirilməsi bağlı təkliflərini səsləndiriblər. Qərara alınıb ki, müvafiq qurumlara ünvanlamaq üçün təkliflər əsasında yekun sənəd hazırlansın.

Xəbər lenti

Xəbər lenti