Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir S.Ağayeva/
İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Seragəldin noyabrın 19-da Azərbaycana səfər edəcək.
Səfər "YES Azərbaycan" beynəlxalq məsləhət qrupunun dəvəti ilə təşkil olunacaq. Bu barədə çərşənbı axşamı Trend-ə qrupun üzvü Rövşən Muradov deyib.
İsgəndəriyyə kitabxanasının direktoru, Misir Prezidentinin elm və təhsil məsələləri üzrə məsləhətçisi, Ümumdünya Bankının keçmiş vitse-prezidenti İsmayıl Seragəldin səfər zamanı ölkənin rəsmi şəxsləri ilə görüşlər aparacaq, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edəcək.