...

Azərbaycan yığma komandası fərdi gimnastların oyununda bürünc medal qazanıb

Cəmiyyət Materials 23 Sentyabr 2010 13:13 (UTC +04:00)
Azərbaycanın yığma komandası Moskvada "Olimpiya" İdman Kompleksində keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının dördüncü günü fərdi gimnastların nümayiş etdirdikləri yarışlarda bürünc medal qazanıb.
Azərbaycan yığma komandası fərdi gimnastların oyununda  bürünc medal qazanıb

Rusiya, Moskva, 23 sentyabr /Trend, xüsusi müxbir Е.Kriştalov/

Azərbaycanın yığma komandası Moskvada "Olimpiya" İdman Kompleksində keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının dördüncü günü fərdi gimnastların nümayiş etdirdikləri yarışlarda bürünc medal qazanıb.

Yarışın dördüncü gününü azərbaycanlı gimnast Samirə Mustafayeva topla nümayiş etdirdiyi oyunla açıb. Onun ümumi balı 25.200 olub. Dörd oyunun yekununa görə, Mustafayeva 101.250 bal yoplayıb.

Öz rəfiqəsindən sonra çıxış edən Anna Qurbanova həmin oyunla 26.100 bal qazanıb. Onun ümumi balı 104.900 olub.

Nəhayət, yığma komandanın lideri Aliyə Qarayeva topla gözəl oyun nümayiş etdirərək, hakimlərdən 27.625 bal alıb. Dörd gün ərzində Aliyə Qarayeva 109.375 bal qazanıb.

Yekunda azərbaycanlı gimnastlar 265.225 bal toplayaraq, ölkə komandasını Rusiya və Belarusdan sonra üçüncü yerə çıxarıblar. Dördüncü yerə isə ukraynalı idmançılar layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti