...

Rusiya bundan sonra da qanunsuz əmək miqrasiyası ilə mübarizə aparmaq niyyətindədir – FMX-nin rəhbəri

Cəmiyyət Materials 29 Sentyabr 2010 15:10 (UTC +04:00)
Rusiya Federal Miqrasiya Xidməti bundan sonra da "həm işəgötürənləri, həm də işçiləri cəzalandırmaq" sistemi üzrə qanunsuz əmək miqrasiyası ilə mübarizə aparmaq niyyətindədir. Bu barədə jurnalistlərə xidmətin direktoru Konstantin Romodanovski deyib.
Rusiya bundan sonra da qanunsuz əmək miqrasiyası ilə mübarizə aparmaq niyyətindədir – FMX-nin rəhbəri

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir M.Əliyev/

Rusiya Federal Miqrasiya Xidməti bundan sonra da "həm işəgötürənləri, həm də işçiləri cəzalandırmaq" sistemi üzrə qanunsuz əmək miqrasiyası ilə mübarizə aparmaq niyyətindədir. Bu barədə jurnalistlərə xidmətin direktoru Konstantin Romodanovski deyib.

"Mexanizmin mürəkkəb olduğunu anlayaraq, biz hansısa sadələşdirmələrə getməklə onu necə təkmilləşdirmək üzərində düşünürük. Mən indi Rusiyada leqal yaşayan MDB vətəndaşları ilə bağlı problem görmürəm. Onlar 2 faizdən çox deyillər. Lakin qanunsuz çalışanların sayı dəfələrlə çoxdur - 4 milyon nəfərə yaxın", - Romodanovski çərşənbə günü jurnalistlərə deyib.

Onun sözlərinə görə, Rusiyada qeydiyyat prosesindən imtina edilib və sərhədin keçildiyi andan başlayan miqrasiya uçotu proseduru və miqrasiya uçotunda xəbərdarlıq mexanizmi tətbiq olunub.

"Biz adamların bu yolla qanuni işləmələri üçün alətlər yaradırıq və yaradacağıq, bu yolla getmək lazımdır", - Federal Xidmətin rəhbəri deyib.

"Mayın 20-də Rusiya Prezidenti Dmitri Medvedev yüksək ixtisaslı xarici mütəxəssislərin Rusiyada işə cəlb olunması üçün daha əlverişli şəraitin yaradılmasını təmin edən düzəlişləri təsdiqləyib", - Kremlin məlumatında belə deyilir.

O deyib ki, Rusiyada vizasız rejimli ölkələrin vətəndaşları üçün əmək miqrasiyası haqqında qanuna yeni düzəlişlərin qəbul edilməsindən sonrakı dövr ərzində Azərbaycanın üç mindən az vətəndaşı iş üçün patent alıb.

Romadonovski bu gün Bakıda keçirilən MDB ölkələri miqrasiya orqanları rəhbərlərinin iclasında iştirak edir.

Bakıya səfəri çərçivəsində Federal Miqrasiya Xidmətinin rəhbəri Azərbaycan hökuməti ilə miqrasiya məsələlərini müzakirə etmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti