...

Rusiyanın "Vestnik Kavkaza" İnformasiya-Analitik Agentliyi ilə Trend BİA tərəfdaşlıq haqqında saziş imzalayıblar (FOTO)

Cəmiyyət Materials 13 Oktyabr 2010 13:56 (UTC +04:00)
Rusiyanın "Vestnik Kavkaza" İnformasiya-Analitik Agentliyi ilə Trend BİA informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Rusiyanın "Vestnik Kavkaza" İnformasiya-Analitik Agentliyi ilə Trend BİA tərəfdaşlıq haqqında saziş imzalayıblar (FOTO)

Rusiyanın "Vestnik Kavkaza" İnformasiya-Analitik Agentliyi ilə Trend BİA informasiya sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Sənədi çərşənbə günü Bakıda Trend-in baş direktoru İlqar Hüseynov və "Vestnik Kavkaza" Agentliyinin baş redakroru Aleksey Vlasov imzalayıblar.

Sənədə əsasən, tərəflər müntəzəm olaraq operativ informasiyaları, analitik materialları, eləcə də Rusiya, Azərbaycan və ümumilikdə, bütün regionun siyasi, iqtisadi, sosial və mədəni-humanitar həyatı haqqında fotoşəkillərin mübadiləsini dəstəkləyəcəklər. Tərəflər, həmçinin, dövlət başçılarının və rəsmi nümayəndə heyətlərinin səfərlərinin, eləcə də iki ölkə ərazisində keçirilən digər dövlətlərarası aksiya və tədbirlərin informasiya dəstəyinin təşkili və təminatında sıx əməkdaşlıq etmək fikrindədirlər.

"Bugünkü sazişin imzalanması Rusiya ilə Azərbaycan arasında ən müxtəlif sahələrdə, o cümlədən, iki ölkənin jurnalist cəmiyyətləri arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və informasiya mübadiləsi sahəsində reallaşdırılan qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinin yaxşı əlamətidir", - Vlasov imzalanma mərasimində bildirib. - "Təkcə Azərbaycanda və Rusiyada deyil, həm də bütün dünyada ad qazanmış nüfuzlu və hörmətli Trend Agentliyinin "Vestnik Kavkaza" Agentliyinin tərəfdaşı kimi çıxış etməsi mənə çox xoşdur".

"Ümid etmək olar ki, ən yaxın gələcəkdə bu gün imzalanan saziş konkret birgə layihələrdə reallaşdırılacaq", - Vlasov bildirib.

"Vestnik Kavkaza" Rusiyanın ən dinamik inkişaf edən informasiya resurslarından biridir", - Hüseynov deyib. - "Ümid edirik ki, informasiya resurslarımız arasındakı tərəfdaşlıq Rusiya ilə Azərbaycan arasında daha dərin qarşılıqlı informasiya mübadiləsini təmin etməyə, jurnalistlərin qarşılıqlı hazırlanmasını reallaşdırmağa, öz informasiya bazalarında təcrübə keçmənin təşkilinə imkan verəcək. Ümid edirəm, informasiya resurslarımız arasındakı əməkdaşlığın dərinləşdirilməsi Qafqazdakı vəziyyəti daha parlaq işıqlandırmağa kömək edəcək",  - Trend-in baş direktoru bildirib.

"Vestnik Kavkaza" Agentliyinin baş redaktoru və Rusiya Dövlət Humanitar Universiteti yanında Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Atakişiyev Trend-in ofisində jurnalistlərin suallarına cavab veriblər.

"Vestnik Kavkaza" regionun yeniliklərindən və ənənələrindən danışan informasiya-analitik agentliyidir. Agentlik regiondakı hadisələr haqqında operativ məlumat təqdim etməyi, analitiklərin şərhlərini təqdim etməyi, çoxsaylı Qafqaz xalqlarının mədəniyyətləri barədə danışmağı, onların məşhur nümayəndələri - siyasətçilər, iqtisadçılar, yazıçılar, incəsənət xadimləri, idmançılarla tanış etməyi qarşısına vəzifə qoyub.

1995-ci ildə Azərbaycanda yaradılmış TREND özəl informasiya agentliyi Qafqazda və Xəzəryanı regionda aparıcı xəbər tədarükçüsüdür. TREND Azərbaycan, Qafqaz və Mərkəzi Asiyada iri xəbər agentliklərindən biridir.

Agentlik gündə beş dildə - ingilis, rus, Azərbaycan, fars və ərəb dillərində 500-ə yaxın xəbər dərc edir. Trend müştərilərə siyasət və iqtisadiyyat sahəsində tanınmış analitiklərin qələmə aldıqları yüksək keyfiyyətli çoxmedialı materiallar və analitik məqalələr təqdim edir.

Xəbər lenti

Xəbər lenti