...

Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru İCF-in növbəti konqresində iştirak edəcək

Cəmiyyət Materials 27 Oktyabr 2010 16:57 (UTC +04:00)
Oktyabrın 29-da İspaniyanın Santiaqo de Kampostela şəhərində Beynəlxalq Kanoe Federasiyasının (İCF) növbəti konqresi öz işinə başlayacaq. Bu barədə federasiyanın çərşənbə günü yaydığı məlumatda deyilir.
Azərbaycan Milli Avarçəkmə Federasiyasının texniki direktoru İCF-in növbəti konqresində iştirak edəcək

Azərbaycan, Bakı, 27 oktyabr /Trend, müxbir M.Əliyev/

Oktyabrın 29-da İspaniyanın Santiaqo de Kampostela şəhərində Beynəlxalq Kanoe Federasiyasının (İCF) növbəti konqresi öz işinə başlayacaq. Bu barədə federasiyanın çərşənbə günü yaydığı məlumatda deyilir.

İki gün davam edəcək toplantıda ölkəmizi Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) texniki direktoru Leyla Əliyeva təmsil edəcək.

Hər iki ildə bir dəfə keçirilən növbəti konqresdə İCF Direktorlar Şurasının hesabatı dinləniləcək, milli federasiyaların təklifləri müzakirə olunacaq. Eyni zamanda, İCF-in yeni vitse-prezidentləri seçiləcək, quruma yeni ölkələr üzv qəbul ediləcəklər.

Toplantıya İCF-in 156 üzvünün 80-dən çoxu birbaşa, 12-si isə etibarnamə ilə qatılacaq. Ümumilikdə, 130-dək nümayəndə İCF-in daha peşəkar və daha gəlirli quruma çevrilməsi yönündə müzakirələr aparacaq.

Xəbər lenti

Xəbər lenti