...

Azərbaycanın xalq artisti Yaşar Nuri xəstəxanaya yerləşdirilib

Cəmiyyət Materials 7 Noyabr 2010 01:48 (UTC +04:00)
Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti şənbə günü axşam qəfildən pisləşib və buna görə o, dərhal xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.
Azərbaycanın xalq artisti Yaşar Nuri xəstəxanaya yerləşdirilib

Azərbaycan, Bakı, 6 noyabr / Trend müxbiri Ş.Cavadsoy /

Azərbaycanın xalq artisti Yaşar Nurinin səhhəti şənbə günü axşam qəfildən pisləşib və buna görə o, dərhal xəstəxanaya yerləşdirilib. Bu barədə Trend-ə aktyorun həyat yoldaşı Rəhimə Nuriyeva bildirib.

Hal-hazırda o, Medi Club klinikasında həkim müşahidəsi altındadır.

"Hazırda onunla klinikanın həkimləri məşğuldur və bizdə heç bir dəqiq məlumat yoxdur. Onun yanına heç kimi buraxmırlar", - Nuriyeva deyib.

2008-ci ilin may ayında Yaşar Nuri İstanbulun Memorial Klinikasında cərrahiyyə edilib, həmin vaxt o, qara ciyər nahiyyəsindən cərrahiyyə olunub.

Yaşar Nuri 1951-ci ilin sentyabrın 3-də Bakı şəhərində, məşhur Azərbaycanlı artist M.Nuriyevin ailəsində anadan olub. 1972-ci ildə Yaşar Nuri M.A.Əliyev adına Azərbaycan Teatr İnstitutunu bitirib.

1974-cü ildən o, Azərbaycan Dövlət Drama Teatrın aktyorudur. "Yaramaz", "Yol əhvalatı", "Hər şey yaxşılığa doğru", "Yoxlama" kimi məşhur filmlərdə, "Yarımştat", "Göz həkimi", "Kişilər" kimi teletamaşalarda rol oynayıb.

Yaşar Nuri 1989-cu ildən bəri Azərbaycanın xalq artistidir. Azərbaycanın "Şöhrət" ordeni ilə təltif olunub.

Xəbər lenti

Xəbər lenti