...

İran səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Cəmiyyət Materials 12 Noyabr 2010 16:34 (UTC +04:00)
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib.
İran səfiri Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib

Аzərbaycan, Bakı, 12 noyabr /Trend/

İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami Azərbaycan xalqını müqəddəs Qurban bayramı münasibətilə təbrik edib. Bu barədə İran səfirliyindən Trend-ə verilən məlumatda bildirilir.

Bəhrami öz təbrikində müsəlmanların qəlblərini yaxınlaşdıran və İslam dininin böyük bayramı olan Qurban bayramı münasibətilə qardaş Azәrbaycan xalqına və hökumətinə әn xoş arzu vә dilәklәrini ifadә etmәkdәn mәmnunluğunu bildirib.

"Bu il Qurban bayramı ilə İran İslam Respublikası Prezidentinin Azərbaycan Respublikasına səfərinin üst-üstə düşməsi xoş bir təsadüfdür. Ümid edirəm ki, bu mübarək təsadüfün sayəsində iki ölkə arasındakı tarixi əlaqələr və döstluq münasibətləri daha da inkişaf edərək möhkəmlənəcəkdir", - təbrikdə deyilir.

Xəbər lenti

Xəbər lenti