...

Türkiyədə qəza nəticəsində xəsarət alan azərbaycanlı zəvvarların altısı Vətənə qayıdıb

Cəmiyyət Materials 5 Dekabr 2010 15:14 (UTC +04:00)
Həcc ziyarətindən qayıdarkən Türkiyədə avtobus qəzasında yaralanmış və hazırda Türkiyənin Sivas, Adana, Kayseri şəhərlərindəki xəstəxanalarda müalicə alan 8 zəvvardan 6-sı şənbə günü gecə saatlarında xüsusi təyyarə reysi ilə Bakıya qayıdıblar.
Türkiyədə qəza nəticəsində xəsarət alan azərbaycanlı zəvvarların altısı Vətənə qayıdıb

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

Həcc ziyarətindən qayıdarkən Türkiyədə avtobus qəzasında yaralanmış və hazırda Türkiyənin Sivas, Adana, Kayseri şəhərlərindəki xəstəxanalarda müalicə alan 8 zəvvardan 6-sı şənbə günü gecə saatlarında xüsusi təyyarə reysi ilə Bakıya qayıdıblar.

Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov bazar günü Trend-ə bildirib ki, yaralı zəvvarlarımız Əkbərova Simuzər, Əsgərova Məlahət, İsmayılova Arzu, İsrafilova Nazilə, Nəcəfzadə Elnarə, Sarıyev Mətləb Vətənə gəlib.

Daha 2 zəvvar Səmayə Davudova və Ağası Mirzəyevin sağlamlıq durumu digərləri ilə müqayisədə ağır olduğundan onlar hələ bir müddət Türkiyədə müalicələrini davam etdirəcəklər.

Türkiyənin Sivas əyalətinin Şarkışla ərazisində noyabrın 23-də saat 17:50 radələrində Azərbaycan zəvvarlarını daşıyan avtobusun qəzaya uğraması nəticəsində beş nəfər həlak olub, 27 nəfər yaralanıb. Onlardan səkkizi müalicəsini Türkiyədə davam etdirirdi.

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində həlak olan beş Azərbaycan zəvvarının meyiti və 20 yaralı zəvvar noyabrın 25-də Bakıya gətirilib.

Türkiyədə avtobusun qəzaya uğraması nəticəsində Əhmədov Səməd Nadir oğlu (1982-ci il təvəllüdlü), Əlicanova Hacıxanım Əliağa qızı (1944-cü il), Baxşəliyeva Solmaz Abuzər qızı (1941-ci il), Dadaşova Zemfira Qəmbər qızı (1965-ci il) və Kərimov Məhərrəm Balababa oğlu (1938-ci il) həlak olub.

Türkiyədəki polis mənbələrindən əldə edilən məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün döngələrin birində idarəetməni itirməsi olub. Nəticədə avtobus su arxına düşüb. Qəza yerinə təcili yardım, polis, jandarm və mülki müdafiə maşınları göndərilib. Zərərçəkənlərin təxliyyəsi üzrə işlərdə yerli sakinlər də iştirak edib.

Bu il ölən azərbaycanlı zəvvarların ümumi sayı 9 nəfər olub.

Həccə gedənlərdən 75 yaşlı Duha Məmmədova Məkkədə, 71 yaşlı Xanbala Atakişiyev Suriyanın Şam şəhərində, 68 yaşlı Mafi Nəzərov Həccdən qayıdarkən Suriyada dünyasını dəyişib.

Məkkədən qayıdan Şamaxı rayonunun axundu Mustafa Məmişov Bakıdan Şamaxıya gedərkən qəzaya uğrayıb və aldığı xəsarətdən ölüb.
Builki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edib.

Xəbər lenti

Xəbər lenti