...

Əflatun Amaşov jurnalistlərin ixtisaslaşma səviyyəsindən narazıdır

Cəmiyyət Materials 16 Dekabr 2010 16:51 (UTC +04:00)
Azərbaycanda jurnalistlərin ixtisaslaşması qənaətbəxş deyil. Bu barədə cümə axşamı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
Əflatun Amaşov jurnalistlərin ixtisaslaşma səviyyəsindən narazıdır

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistlərin ixtisaslaşması qənaətbəxş deyil. Bu barədə cümə axşamı Trend-ə Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

"Biz bir müddət əvvəl bununla bağlı ciddi müzakirələr apardıq, müəyyən tədbirlər keçirdik. İndi də hüquq-mühafizə orqanları ilə - Baş Prokurorluqla, Daxili İşlər Nazirliyi ilə, məhkəmə sistemi ilə birgə tədbirlər keçirmişik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bu istiqamətdə işlər görmüşük. Müəyyən irəliləyişlər var. Ayrı-ayrı təşkilatlar müsabiqələr keçirir. Bütün bu tədbirlər müəyyən effektlər verir, ancaq bizi qane edə bilən nəticə hələ də yoxdur", - Amaşov əlavə edib.

Şura sədri hesab edir ki, jurnalistlərin ixtisaslaşma səviyyəsinin aşağı olması Azərbaycanda KİV-in maliyyə vəziyyətinin aşağı olması ilə bağlıdır.

"Əlbəttə ki, media qurumlarının maliyyə vəziyyəti yaxşı olsa, çoxlu işçi işə götürər və həmin işçilər öz sahələrində ixtisaslaşa bilərlər. Ancaq təəssüf ki, hazırda bu problemlər olduğundan Azərbaycan jurnalistləri bir mövzu ilə yox, bir çox mövzularla məşğul olurlar. Ona görə də dar çərçivədə ixtisaslaşa bilmirlər", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti