...

Xaricdə təhsil alan gənc alimlərin Azərbaycana qayıtması üçün müəyyən stimullar olmalıdır - AMEA prezidenti

Cəmiyyət Materials 24 Dekabr 2010 13:34 (UTC +04:00)
Xaricdə təhsil alan gənc alimlərin Azərbaycana qayıtması üçün müəyyən stimullar olmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.
Xaricdə təhsil alan gənc alimlərin Azərbaycana qayıtması üçün müəyyən stimullar olmalıdır - AMEA prezidenti

Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir K.Zərbalıyeva/

Xaricdə təhsil alan gənc alimlərin Azərbaycana qayıtması üçün müəyyən stimullar olmalıdır. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib.

Kərimov bildirib ki, xaricdə təhsil alan alimlərin əmək haqqlarının artırılması, iş şəratlərinin yaxşılaşdırılması mütləqdir.

"Onlara hərtərəfli şərait yaradılmalıdır. Azərbaycana qayıdanda əmin olmalıdırlar ki, burda öz fəaliyyətlərini davam etdirəcəklər, yüksək əmək haqqı alacaqlar", - o, deyib.

AMEA prezidentinin sözlərinə görə, artıq bir neçə ölkədə bu məqsədlə xüsusi proqramlar hazırlanıb və tətbiq olunur.

Gələcəkdə Azərbaycanda da belə proqramın qəbulunu mümkün sayan Kərimov bildirib ki, xaricdə təhsil alan alimlərin vətənə qayıtmaları üçün tətbiq olunacaq güzəştlər cəlbedici olmalıdır.

Bir qrup alimin dövlət proqramı çərçivəsində xaricə təhsil almaq üçün göndərildiyini deyən AMEA prezidenti bildirib ki, həmin alimlərlə müqavilələr imzalanıb və müqavilələrdə onların vətənə qayıtması əsas şərt kimi qoyulub.

"Vətənə qayıdandan sonra onlara müəyyən dəstək lazım olacaq. Bu məqsədlə müəyyən yollar axtrarılır. Ümid edirəm ki, Azərbaycanda da belə güzəştlər tətbiq olunacaq", - Kərimov deyib.

Elmin İnkişafı Fonduna ümid bağlayan AMEA prezidenti bildirib ki, xaricdə təhsil alıb vətənə qayıdan alimlər fonddan qrant, layihələrini həyata keçirmək üçün əlavə vəsait ala biləcəklər.

Onun sözlərinə görə, AMEA tərəfindən də xaricdə təhsil alan alimlərlə bağlı güzəşt proqramı qəbul oluna bilər.

Kərimov xaricdə təhsil alan alimlərin Azərbaycana qayıdacağına və öz biliklərini vətənlərində tətbiq edəcəklərinə əmin olduğunu deyib.

Bir neçə gün öncə təhsil naziri Misir Mərdanov xaricdə təhsil alan tələbə və alimlərin vətənə qayıtmamasından narahatlığını bildirib və onları Azərbaycana qayıtmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti