...

Sabiq "Müsavat" funksionerləri Azərbaycanın inkişaf modellərini öyrənəcəklər

Cəmiyyət Materials 7 Yanvar 2011 15:39 (UTC +04:00)
Müsavat Partiyası başqanının sabiq müavini Qabil Hüseynli Divan üzvü Adil Qeybulla ilə birgə yaradacağı "Müsavat irsi və müasirlik" adlı təşkilatın məqsədləri haqqında Trend-ə danışıb.
Sabiq "Müsavat" funksionerləri Azərbaycanın inkişaf modellərini öyrənəcəklər

Azərbaycan, Bakı, 7 Yanvar /Trend, müxbir T.Hacıyev/

Müsavat Partiyası başqanının sabiq müavini Qabil Hüseynli Divan üzvü Adil Qeybulla ilə birgə yaradacağı "Müsavat irsi və müasirlik" adlı təşkilatın məqsədləri haqqında Trend-ə danışıb.

"Bizim siyasi təşkilat yaratmaq fikrimiz yoxdur. Biz ictimai təşkilat yaratmaq haqqında qərar vermişik və bunu müzakirə etmişik. Təşkilatın adı "Müsavat irsi və müasirlik" olacaq və biz orada elmi tədqiqat işləri ilə məşğul olacağıq. İndi müəyyən tədqiqatçılar axtarırıq ki, QHT kimi fəaliyyət göstərə bilək", - Hüseynli bildirib.

Yanvarın 4-də Müsavat funksionerləri Adil Qeybulla və Qabil Hüseynli partiya sıralarından çıxmaları barədə bəyanat yayıblar. Onlar "Müsavat irsi və müasirlik" adlı təşkilat yaradacaqlarını da bəyan ediblər.

"Təşkilatın fəaliyyət istiqaməti əsasən Müsavat tarixi irsini öyrənmək, onu müasir inkişaf doktrinaları ilə uzlaşdırmağa çalışmaq və Azərbaycanın inkişaf modellərinə dair nəzəri fikirlər irəli sürmək olacaq", - Hüseynli vurğulayıb.

Təşkilatda sabiq Müsavat funksionerlərinin cəmləşəcəyi barədə Hüseynli qeyd edib ki, belə bir qərar yoxdur.

Xəbər lenti

Xəbər lenti