...

Azərbaycanda 73 aptekin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 13 Yanvar 2011 11:22 (UTC +04:00)
Azərbaycanda 2010-cu ildə aparılan monitorinqlər zamanı 73 aptekin xüsusi icazə olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Azərbaycanda 73 aptekin fəaliyyəti dayandırılıb

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda 2010-cu ildə aparılan monitorinqlər zamanı 73 aptekin xüsusi icazə olmadan fəaliyyət göstərdiyi aşkarlanıb. Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Qurumdan bildiriblər ki, 2010-cu il ərzində keçirilən monitorinqlər ölkədə 860 apteki əhatə edib. Yoxlamalar nəticəsində 73 aptek fəaliyyətinin qeyri-qanuni olması səbəbi ilə bağlanılıb.

Xəbərdarlıq edildikdən sonra fəaliyyətini davam etdirməsi üçün 42 aptek barədə müvafiq protokollar tərtib olunub.

2010-cu il ərzində aparılan yoxlamalar zamanı 26 587 qutu sertifikatsız və istifadə tarixi göstərilmədən satılan, 415 qutu istifadə tarixi ötmüş dərman preparatı aşkarlanıb.

Xəbər lenti

Xəbər lenti