...

Ötən il Bakıda yol qəzalarında 22 azyaşlı dünyasını dəyişib

Cəmiyyət Materials 15 Yanvar 2011 12:51 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, paytaxtda azyaşlılarla bağlı 99 yol qəzası qeydə alınıb və nəticədə 22 nəfər həlak olub, 84 nəfər xəsarət alıb.
Ötən il Bakıda yol qəzalarında 22 azyaşlı dünyasını dəyişib

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Ötən il Bakıda yol qəzalarında 22 azyaşlı dünyasını dəyişib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, paytaxtda azyaşlılarla bağlı 99 yol qəzası qeydə alınıb və nəticədə 22 nəfər həlak olub, 84 nəfər xəsarət alıb.

Əsədovun sözlərinə görə, ölənlərin 21-i, xəsarət alanların 20-si 6 yaşadək uşaqlar olub.

Qəzalarda məktəbyaşlı 13 uşaq dünyasını dəyişib, 64 nəfər xəsarət alıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə azyaşlılarla bağlı 8 hadisə, 15 yaralı sayı azalıb, 1 ölüm faktı artıb.

Əsədov bu faktın narahatlıq doğurduğunu vurğulayıb və valideynlərin, müəllimlərin, yol polisi əməkdaşlarının daha məsuliyyətli olmasını vacib sayıb.

Xəbər lenti

Xəbər lenti