...

Domodedovoda partlayışa baxmayaraq, Bakı-Moskva reysi cədvəl üzrə göndəriləcək

Cəmiyyət Materials 24 Yanvar 2011 19:15 (UTC +04:00)
AZAL ("Azərbaycan Hava Yolları" QSC) dövlət aviaşirkətinin Bakı vaxtı ilə saat 20:05-də Bakıdan Domodedovaya uçmalı olan J2 854 saylı reysi Moskvanın Domodedovo aeroportundakı partlayışa baxmayaraq, cədvəl üzrə göndəriləcək.
Domodedovoda partlayışa baxmayaraq, Bakı-Moskva reysi cədvəl üzrə göndəriləcək

Azərbaycan, Bakı, 24 dekabr /Trend/

AZAL ("Azərbaycan Hava Yolları" QSC) dövlət aviaşirkətinin Bakı vaxtı ilə saat 20:05-də Bakıdan Domodedovaya uçmalı olan J2 854 saylı reysi Moskvanın Domodedovo aeroportundakı partlayışa baxmayaraq, cədvəl üzrə göndəriləcək. Bu barədə Trend-ə bazar ertəsi AZAL-dan bildiriblər.

"Hazırda reysə miniş davam edir", - aviaşirkətdən deyiblər.

İlkin ehtimala görə, Domodedovo aeroportunda partlayışı intihar etməklə terrorçu törədib.

Terrorçu təyyarədən çıxan insan kütləsinin arasında olub və üzərində olan 5 kq partlayıcı maddəni işə salıb.

Domodedovo aeroportunda partlayış nəticəsində həlak olan və xəsarət alanlar var. Bunu Rusiya Aviasiyası İdarəsinin nümayəndəsi Sergey İzvolski təsdiq edib.

Partlayış Domodedovo aeroportunun beynəlxalq terminalında saat 16:40-da baş verib. Ölənlərin sayının 31-ə çatdığı, yaralıların isə 130 nəfər olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti