...

Azərbaycanda mətbuat xidmətlərinin fəaliyyətinin yoxlanılması üçün sorğu keçiriləcək

Cəmiyyət Materials 25 Yanvar 2011 10:33 (UTC +04:00)
Azərbaycan Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi"ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. Bu barədə çərşənbə axşamı Trend-ə Fonddan məlumat veriblər.
Azərbaycanda mətbuat xidmətlərinin fəaliyyətinin yoxlanılması üçün sorğu keçiriləcək

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Söz Azadlığını Müdafiə Fondu (SAMF) "Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi"ni aydınlaşdıracaq reytinq sorğusuna start verib. Bu barədə çərşənbə axşamı Trend-ə Fonddan məlumat veriblər.

İkinci dəfə həyata keçirilən rəy sorğusu 2009-cu il noyabr ayından "KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri" adlı layihənin davamı kimi həyata keçirilir. Sorğu KİV-mətbuat xidməti münasibətlərinin 2010-cu ildə hansı istiqamətə doğru dəyişdiyini aydınlaşdırmaq niyyəti ilə reallaşdırılacaq. Bununla yanaşı, sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli bir vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən dövlət orqanlarının mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələrin aradan qaldırılmasına yardımçı olmaqdır.

Rəy sorgusu fondun könüllüləri tərəfindən həyata keçiriləcək. Sorğunun KİV-də çalışan 500 media təmsilçisi arasında aparılması nəzərdə tutulur. Nəticələr barəsində ictimaiyyətə məlumat veriləcək.

SAMF KİV təmsilçilərindən sorğuları cavablandırarkən obyektiv olmağı, qurumların mətbuat xidmətləri ilə bağlı real durumun aydınlaşdırılması, media-mətbuat xidməti əməkdaşları arasındakı münasibətlərin əsl mənzərəsinin sorğuda öz əksini tapması üçün mümkün köməkliklərini əsirgəməməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti