...

Azərbaycanda narkomaniya cinayət kimi qəbul olunmamalıdır – deputat

Cəmiyyət Materials 31 Yanvar 2011 17:37 (UTC +04:00)
Azərbaycanda narkomaniya cinayət kimi deyil, xəstəlik kimi qəbul olunmalıdır. Bu barədə bazar ertəsi Trend-ə millət vəkili Fazil Mustafa bildirib.
Azərbaycanda narkomaniya cinayət kimi qəbul olunmamalıdır – deputat

Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda narkomaniya cinayət kimi deyil, xəstəlik kimi qəbul olunmalıdır. Bu barədə bazar ertəsi Trend-ə millət vəkili Fazil Mustafa bildirib.

Millət vəkilinin fikrincə, narkomaniya cinayət kimi qəbul edildiyindən, bu problemlə mübarizədə görülən tədbirlər effektli nəticə vermir.

Onun sözlərinə görə, narkomaniya xəstəlikdir və bu xəstəliyə düçar olan şəxslərin həbsinə yox, müalicəsinə ehtiyac var.

Bu əsasdan çıxış edən millət vəkili hesab edir ki, narkomaniya ilə mübarizədə cəzalandırmadan daha çox tərbiyəvi işə, təbliğata və müalicəyə üstünlük verilməlidir.

"Azərbaycanda narkomaniya cinayət hesab olunduğundan bu əmələ görə həbsxanalarda cəza çəkənlərin sayı ilbəil artır. Bu isə problemlə mübarizədə səmərəli nəticə vermir. Bu xəstəliyə mübtəla olmuş şəxsləri cəzalandırmaqdansa, onların normal müalicəsinə şərait yaradılmalıdır.Təklif edirəm ki, narkomanlar cinayətkar kimi deyil, xəstə kimi qəbul edilsinlər", - millət vəkili vurğulayıb.

Mustafanın fikrincə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsindən daha çox cəmiyyətdə problemə münasibətin dəyişməsinə ehtiyac var.

Azərbaycanda rəsmi qeydiyyatda 21 mindən çox narkoman var.

Xəbər lenti

Xəbər lenti