...

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımında ehtiyatlı olmağa çağırıb

Cəmiyyət Materials 7 Fevral 2011 15:25 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri qarlı hava şəraiti ilə əlaqədar olaraq Ağsu aşırımında ehtiyatlı olmağa çağırıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri qarlı hava şəraiti ilə əlaqədar Ağsu aşırımında ehtiyatlı olmağa çağırıb

Azərbaycan, Bakı,7 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Respublika Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri qarlı hava şəraiti ilə əlaqədar olaraq Ağsu aşırımında ehtiyatlı olmağa çağırıb.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bazar ertəsi Trend-ə bildirib ki, qarlı hava şəraiti Ağsu aşırımında nəqliyyat vasitələrinin hərəkəti üçün təhlükəli vəziyyət yaradıb.

Şöbə rəisi qeyd edib ki, sürücülər şəxsi avtomobillərindən mümkün qədər az istifadə etsinlər, texniki cəhətdən nasaz olan avtomobillərlə yola çıxmasınlar.

Əliyevin sözlərinə görə, Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşdırılmasa da, təhlükəsizlik tədbirləri gücləndirilib.

Xəbər lenti

Xəbər lenti