...

Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının vaxti müəyyənləşib

Cəmiyyət Materials 11 Fevral 2011 16:44 (UTC +04:00)
Bu ilin iyul ayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək.
Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının vaxti müəyyənləşib

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bu ilin iyul ayında Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçiriləcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamına uyğun olaraq təşkil olunacaq qurultayda dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, xarici ölkələrdə yaşayan azərbaycanlı elm adamları, ictimai və mədəniyyət xadimləri, iş adamları iştirak edəcək.

Milliyətcə azərbaycanlı olmayan Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə daim dəstək verən tanınmış alim və ziyalılar, dövlət rəsmiləri, siyasi partiyaların təmsiçiləri, parlament üzvlərinin də qurultaya qonaq qismində dəvət olunması planlaşdırılır.

Tоplаntıdа Dünyа Azərbаycаnlılаrının II Qurultаyındаn kеçən dövr ərzində görülmüş işlər müzаkirə оlunаcаq, еyni zаmаndа müasir dövrdə Аzərbаycаn diаspоrunun qаrşısındа durаn vəzifələr, gələcək fəаliyyət pеrspеktivləri ilə bаğlı fikir mübаdiləsi аpаrılаcаq.

Diаspоrlа İş üzrə Dövlət Kоmitəsində Dünya Azərbaycanlılarının III Qurultayının təşkili ilə bаğlı Tədbirlər Plаnı hаzırlаnıb və işçi qrup yаrаdılıb.

Xəbər lenti

Xəbər lenti