...

Məhkəmə İslam Partiyasının sədri barəsindəki həbs qərarını ev dustaqlığı ilə dəyişmədi

Cəmiyyət Materials 15 Fevral 2011 13:00 (UTC +04:00)
Məhkəmə Azərbaycan İslam Partiyasının (AİP) sədri barəsindəki həbs qərarını ev dustaqlığı ilə dəyişməyib.
Məhkəmə İslam Partiyasının sədri barəsindəki həbs qərarını ev dustaqlığı ilə dəyişmədi

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə Azərbaycan İslam Partiyasının (AİP) sədri barəsindəki həbs qərarını ev dustaqlığı ilə dəyişməyib.

Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımov çərşənbə axşamı Trend-ə bildirib ki, bu gün Bakının Nəsimi rayon məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə onun hüquqlarını müdafiə etdiyi şəxsin müraciətinə baxılıb.

Vəkil deyib ki, Səmədovun iştirakı ilə keçirilən prosesdə partiya sədrinin barəsindəki həbsin ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilməsi barədə müraciəti təmin olunmayıb.

Vəkil Nəsimi rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verəcəyini deyib.

Səmədov hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silah satma, saxlama, hazırlama, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq cinayətlərində ittiham olunur. Onun barəsində yanvarın 20-də Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb və istintaq aparılır.

Partiya sədri yanvarın 7-də saxlanılıb və barəsində 13 sutkalıq inzibati həbs seçilmişdi.

Xəbər lenti

Xəbər lenti