...

Sumqayıt hadisələri ilə bağlı yeni faktlar aşkarlanıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 28 Fevral 2011 13:16 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib.
Sumqayıt hadisələri ilə bağlı yeni faktlar aşkarlanıb (ƏLAVƏ OLUNUB)

Üçüncü abzasdan sonra Ələsgərovun fikirləri və bək-qraund əlavə olunub (ilk xəbər 12:57-də yayılıb)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir K.Zərbəliyeva/

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt hadisələri ilə bağlı cinayət işinin istintaqının yenilənməsi barədə tapşırıq verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında sumqait.com saytının təqdimat mərasimində bildirib.

Onun sözlərinə görə, Baş prokurorun müavini Rüstəm Usubovun rəhbərliyi ilə istintaq qrupu yaradılıb.

"İstintaq yenilənməsindən sonra istintaq qrupu tərəfindən Sumqayıt hadisələrinin şahidləri, SSRİ prokurorluğunda istintaq qrupuna daxil olan müstəntiqlər dindirilib. Məlum olub ki, bu hadisələrin sifarişçiləri və təşkilatçıları Qorbaçov, sovet rəhbərliyində təmsil olunan ermnənipərəst dairələr, erməni millətçiləri və separatçıları olub", - Ələsgərov bildirib.

Onun sözlərinə görə, SSRİ DTK tərəfindən Sumqayıta təxribat qrupları göndərilib və bu qruplar sonra digər respublikalarda da eyni üsullarla təxribatlar törədiblər.

"Bu hadisənin təşkilatçıları Eduard Qriqoryan, onun iki qardaşı və Dağlıq Qarabağdan gəlmiş emissarlar olub. Emissarlar tərəfindən Eduard Qriqoryana Sumqayıtda yaşayan ermənilərin siyahısı verilib. Qriqoryanı psixotrop və narkotik vasitələrlə təmin edib, camaata soyuq silahlar paylayıblar", - Ələsgərov bildirib.

Prezident Administrasiyasının şöbə müdiri bildirib ki, Sarkisyan, Ohanyan və digər agentlər Sumqayıta, sonradan isə Orta Asiya ölkələrinə göndərilib və onlar Orta Asiya respublikalarında törədilən təxribatlarda iştirak ediblər.

1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı isə azərbaycanlı olub.

Bu hadisələr də SSRİ dövlət təhlükəsizlik komitəsinin ermənilərin özləri ilə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan idi. Baxmayaraq ki, Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllənib, amma şahid ifadələri əsl günahkarın əslində erməni əsilli Eduard Qriqoryan olduğunu sübut edir.

Xəbər lenti

Xəbər lenti