...

Sinoptiklər Novruz bayramı ərəfəsində Azərbaycanda mülayim hava şəraiti vəd edir

Cəmiyyət Materials 18 Mart 2011 11:46 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Sinoptiklər Novruz bayramı ərəfəsində Azərbaycanda mülayim hava şəraiti vəd edir

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycan ərazisində əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Bu barədə cümə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6, gündüz 12-16 dərəcə isti təşkil edəcək.

Martın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti