...

Gürcüstanın energetika naziri azərbaycanlıların yaşadığı kənddə daşqının nəticələrinin aradan qaldırılacağını vəd edib

Cəmiyyət Materials 22 Aprel 2011 20:55 (UTC +04:00)
Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Qardabani rayonunun Qaçiani kəndinə gəlib.
Gürcüstanın energetika naziri azərbaycanlıların yaşadığı kənddə daşqının nəticələrinin aradan qaldırılacağını vəd edib

Gürcüstan, Tbilisi, 22 aprel /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın energetika naziri Aleksandr Xetaquri Qardabani rayonunun Qaçiani kəndinə gəlib. O, daşqının yaratdığı vəziyyətlə yerində tanış olub.

Trend-in məlumatına görə, nazir deyib ki, Zemo-Avçala SES və Ortaçala SES-də böyük su axınının kənd istiqamətində hərəkət etməməsi və vəziyyətin ağırlaşmaması üçün suyun tənzimlənməsi aparılacaq.

Sahillərindən çıxan Kür çay Qaçiani kəndindəki əkin sahələrini yuyub aparıb. Sahildə yerləşən 80-ə yaxın ev subasma təhlükəsi altında qalıb. 9 evin özülü artıq sudadır. Səhərdən kəndə texnika səfərbər edilib, mütəxəssislər çalışır.

Kvemo-Kartli qubernatoru David Kirkitadze və yerli bələdiyyə rəhbəri də hadisə yerindədirlər.

Xəbər lenti

Xəbər lenti