...

Bakıda konstruksiyaları dəyişdirilmiş avtomobillər saxlanılıb

Cəmiyyət Materials 4 May 2011 16:16 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yük avtomobillərinin konstruksiyasında müvafiq dəyişiklik edilərək, bort hissədən əlavə elementlər quraşdırılaraq avtomobillərin idarə olunması ilə bağlı saxlanılan sürücülər barəsində müvafiq tədbirlər görülüb.
Bakıda konstruksiyaları dəyişdirilmiş avtomobillər saxlanılıb

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir K.Zərbalıyeva/

Bakı yol polisi reydlər zamanı konstruksiyaları dəyişdirilmiş 6 avtomobili saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, yük avtomobillərinin konstruksiyasında müvafiq dəyişiklik edilərək, bort hissədən əlavə elementlər quraşdırılaraq avtomobillərin idarə olunması ilə bağlı saxlanılan sürücülər barəsində müvafiq tədbirlər görülüb.

Həmin avtomobillər yol hərəkətində iştirakdan kənarlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacağa göndərilib.

Əsədov bildirib ki, yol hərəkətində iştirakdan kənarlaşdırılan avtomobillər istehsalçı zavodun təyin etdiyi normaya uyğunlaşdırılıb və sürücülər cəriməni ödədikdən sonra avtomobillər cərimə meydançasından buraxılıblar.

Daxili İşlər və Nəqliyyat nazirlikləri yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri, eləcə də sürücüləri xəbərdar edərək, onları konstruksiyalarında dəyişikliklər edilmiş avtomobilləri mayın 1-dək istehsalçı zavodun həmin avtomobillər üçün müəyyən etdiyi normalara uyğunlaşdırmaqla yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırıb.

Əks təqdirdə həmin şəxslər barəsində Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq, inzibati tənbeh tədbirləri görülməklə, nəqliyyat vasitələrinin yol hərəkətində iştirakdan kənarlaşdırılacağı bildirilib.

İnzibati Xətalar Məcəlləsində qeyd olunur ki, bu qayda pozuntusuna yoll verən fiziki şəxslər 30-50 manat, vəzifəli şəxslər 150-200 manat, hüquqi şəxslər isə 1500-2000 manat məbləğində cərimələnirlər.

Xəbər lenti

Xəbər lenti