...

Trend Beynəlxalq İnformasiya Agentliyi XV "Belarusda KİV" beynəlxalq sərgisində iştirak edib

Cəmiyyət Materials 8 May 2011 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/E. Hüseynov

Trend Beynəlxalq Informasiya Agentliyi (BİA) 4-7 may tarixində keçirilən 15-ci "Belaruda KİV" beynəlxalq sərgisində iştirak edib.

Tədbir Belarusiyanın Milli Sərgi mərkəzi olan "Belekspo"da təşkil olunmuşdu. Sərgidə 600-dən çox KİV nümayəndələri öz ekspozisiyalarını nümayiş etdiriblər, həmçinin Azərbaycan, Rusiya, Ukrayna, Çin, Kuba, Venesuela və Hindistanda vardır. Azərbaycanı sərgidə Trend-lə bərabər AzerTac Dovlət Xəbər Agentliyi də təmsil edib.

Sərgi proqramı çox saylı görüşlərlə, dəyirmi masalarla, seminarlarla və təqdimatlarla zəngin olub. Forum çərçivəsində "Qızıl Hərf" müsabiqəsinin qalibinə təntənəli şəkildə mükafatın təqdim olunma mərasimi də keçirilib.

XV "Belarusda KİV" xüsusi beynəlxalq sərgisinin təsisçiləri İnformasiya Nazirliyi, Belarusiyanın Xarici İşlər Nazirliyi, Minsk şəhər İcra komitəsi, Milli Dövlət Teleradio şirkəti, Belarusiya jurnalistlər Birliyi, Nəşriyatçılar və Çap Yayımlayanlar Birliyi və Telekomunikasiya sənayesi birlikləridir. Sərgini Mətbuat Evi və BelEkspo təşkil etmişdilər.

İnformasiya Nazirinin birinci Katibi Liliya Ananiç Trend-ə "Belarusda KİV" sərgisində məhsuldar iştirakına görə minnətdarlığı birdirib.

"Azərbaycanın KİV-i" stendi sərgini yekun nəticələrinə görə fəxri diplomla təltif olunub.

Xəbər lenti

Xəbər lenti